Rusiya suriyalı müxaliflərlə danışıqlara hızırdır

Rusiya suriyalı müxaliflərlə danışıqlara hızırdır
# 03 may 2013 23:45 (UTC +04:00)

Bakı-APA. Moskva Suriya müxalifətinin bütün nümayəndələri, o cümlədən Azad Suriya ordusunun liderlərindən biri Səlim İdrislə danışıqlara hazırdır. APA-nın «RİA Novosti»yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN başçısı Sergey Lavrov bəyan edib.

Xatırladaq ki, Səlim İdris ölkədəki münaqişəyə son qoymaq üçün Rusiya rəhbərliyi ilə görüşməyə hazır olduğunu bildirib.

«Biz bütün suriyalı müxaliflərlə danışıqlara açığıq», deyə Lavrov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR