SOCAR bir ildə Ceyhan limanından neft ixracını 15% azaldıb

SOCAR bir ildə Ceyhan limanından neft ixracını 15% azaldıb
# 03 aprel 2015 15:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin mart ayı ərzində 2 037 735 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

APA-Economics”in Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, bu, ötən ilin mart ayı ilə müqayisədə 15,1% azdır. Bu həcmin 1 226 279 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Bu ilin yanvar-mart aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 6 862 055 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən bu il aprel ayının 1-ə qədər Ceyhan limanından 268 801 145 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR