“Bakı 2015” Avropa Oyunlarında iştirak edəcək İsveç idmançılarının və jurnalistlərin sayı açıqlanıb

“Bakı 2015” Avropa Oyunlarında iştirak edəcək İsveç idmançılarının və jurnalistlərin sayı açıqlanıb
# 08 may 2015 10:50 (UTC +04:00)

Stokholm. Mübariz Aslanov - APA. “İsveçdən Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına tamaşaçı kimi qatılmaq istəyənlər kifayət qədərdir”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın İsveç Krallığındakı səfiri Adış Məmmədov deyib. O bildirib ki, artıq İsveçdən Avropa Oyunlarına qatılacaq idmançıların və jurnalistlərin sayı da dəqiqləşib. Səfir İsveçdən 74 idmançının və 10-dan artıq jurnalistin “Bakı-2015” üçün qeydiyyatdan keçdiyini açıqlayıb: “74 idmançıdan başqa, onları müşayiət edəcək mütəxəssislər də olacaq. Digər tərəfdən, İsveç ictimaiyyətində əlaqədə olduğumuz, tanıdığımız şəxslər var ki, bu böyük tədbirdə iştirak etmək arzusunda olduqlarına bildirirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR