Təlim keçmiş 800 müəllimə sertifikatlar və noutbuklar veriləcək

Təlim keçmiş 800 müəllimə sertifikatlar və noutbuklar veriləcək
# 20 may 2015 07:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “İnformasiya-kommunikasiya texnologiyasının təhsil sistemində tətbiqi işi ilə əlaqədar olaraq səriştəli kadrların peşəkarlığın artırılması bizim diqqətimizdədir. Bu gündən başlayaraq bu sahədə təlimdən keçmiş 800 nəfər azərbaycanlı müəllimə sertifikatlar və noutbuklar veriləcək”.

APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

C. Bayramov bildirib ki, müəllimlərə təqdim olunacaq 800 noutbuk onlara yalnız iş üçün verilir: “Noutbuklar məktəblərdə istifadə üçün, iş üçün Təhsil Nazirliyinin hədiyyəsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR