Rusiya sualtı qayıqdan qanadlı raketlərlə Suriyadakı “İŞİD” hədəflərinə zərbə endirib - VİDEO

Rusiya sualtı qayıqdan qanadlı raketlərlə Suriyadakı “İŞİD” hədəflərinə zərbə endirib - <span style="color: red;">VİDEO
# 17 noyabr 2015 14:50 (UTC +04:00)

Bakı – APA. Rusiya Aralıq dənizinin şərq hissəsindən “Rostov-na-Donu” dizel-elektrik sualtı qayığı vasitəsilə “İŞİD”in qərargahının yerləşdiyi Suriyanın Rakka şəhərinin ətrafındakı hədəflərə “Kalibr” qanadlı raketləri ilə zərbə endirib.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib ki, hazırda hava və kosmik kəşfiyyat zərbələrin nəticələrini araşdırır. Bu hadisə Rusiya Silahlı Qüvvələri tarixində sualtı qayıqdan real düşmənə qanadlı raketlərlə ilk zərbədir.

Əməliyyat barədə ilk olaraq Qərb mediası məlumat yayıb. “Le Monde” qəzeti Fransa Müdafiə nazirliyinə istinadən noyabrın 17-də səhər Aralıq dənizindən qanadlı raketlərlə Rakkanın vurulduğunu xəbər verib. “Reuters” isə ABŞ mənbələrinə istinadən Rusiyanın əməliyyat barədə qabaqcadan ABŞ-ı məlumatlandırdığını bildirib. Amerikalı mənbə Rusiyanın strateji bombardmançılardan da istifadə etdiyini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR