Arif Hacılı: “Nizamnamə və proqram dəyişiklikləri ilə bağlı Müsavatın qurultayının keçirilməsi nəzəri cəhətdən mümkündür”

 Arif Hacılı: “Nizamnamə və proqram dəyişiklikləri ilə bağlı Müsavatın qurultayının keçirilməsi nəzəri cəhətdən mümkündür”
# 24 oktyabr 2014 10:22 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Nizamnamə və Proqram dəyişiklikləri ilə bağlı Müsavatın qurultayının keçirilməsi nəzəri cəhətdən mümkündür. Ancaq hələ ki, bu məsələ müzakirə edilmir”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı partiyanın növbədənkənar qurultayının keçiriləcəyi barədə yayılan informasiyalara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, növbədənkənar qurultay başqanlıq seçimləri ilə deyil, Nizamnamə dəyişiklikləri ilə bağlı baş tuta bilər: “Müsavat Partiyasının növbədənkənar qurultayının keçirilməsi üçün partiyanın Nizamnaməsinə uyğun müvafiq prosedurlar var. Müsavat Partiyasının VIII qurultayında Nizamnamə və Proqram dəyişikliklərinin edilməsi nəzərdə tutulurdu. Ancaq təəssüf ki, vaxt azlığından bu əlavə və dəyişiklikləri etmək mümkün olmadı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR