Rusiyada azərbaycanlı gənc faciəvi şəkildə ölüb

Rusiyada azərbaycanlı gənc faciəvi şəkildə ölüb
# 25 noyabr 2014 13:44 (UTC +04:00)

Krasnoyarsk Azərbaycan Cəmiyyətinin sədr müavini Ayaz Məmmədov APA-ya açıqlamasında bildirib ki, əslən Azərbaycanın Oğuz rayonundan olan 24 yaşlı Muradov Elman İbrahim oğlu noyabrın 22-də axşam saatları şəhərin mərkəzindəki kafelərin birinin qarşısında naməlum avtomobil tərəfindən vurulub və avtomobil onun üstündən təkrar keçdikdən sonra hadisə yerindən uzaqlaşıb.

A. Məmmədov deyib ki, bir gün sonra yerli polis əməkdaşları hadisəni törədən şəxsi tapıblar və onun yerli sakin olduğu müəyyənləşib: “Hazırda faktla bağlı polis cinayət işi açıb, istintaq gedir. Hadisənin səbəbi hələ ki məlum deyil”.

E. Muradovun meyiti Azərbaycana göndərilib və doğulduğu rayonda dəfn olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR