Azərbaycanın birinci xanımı Nizami rayonunda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib - FOTOSESSİYA

Azərbaycanın birinci xanımı Nizami rayonunda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib - <span style="color: red;">FOTOSESSİYA
# 03 oktyabr 2014 19:19 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbəqədər təhsil müəssisəsinin 2 korpusdan ibarət olduğunu bildirib. Burada 6 qrup üzrə 110 uşaq tərbiyə alıb. Amma bağçaya tələbatın çox olduğu nəzərə alınaraq bu il bağçanın yeni korpusu inşa edilib. Əvvəlki korpusda isə əsaslı təmir işləri aparılıb. Bununla da bağçada qrupların sayı 6-dan 12-yə çatdırılıb, uşaqların sayı isə 230 nəfər olub. Müəssisədə balacaların təlim tərbiyəsi ilə 70 nəfərdən ibarət heyət məşğul olacaq. Bağçadakı 12 qrupdan 10-u Azərbaycan, 2-si isə rusdilli qrupdur. Burada 2 yaş qrupu - 2-3 yaş arası və 3-6 yaş arasında olan uşaqlara qayğı göstəriləcək.

Mehriban Əliyeva və Leyla Əliyeva bağçadakı Heydər Əliyev guşəsində olublar, həmçinin milli guşəyə baxıblar. Burada uşaqların və pedaqoji heyətin əl işləri sərgilənib. Bağçada uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi üçün “Vətənpərvərlik guşəsi” adlı otaq da var. Burada balacalara öz yaradıcı potensialını üzə çıxarmaq imkanı da veriləcək. Uşaqlar ingilis dili və kompyuter biliklərinə də yiyələnmək imkanı qazanacaqlar.

Bildirilib ki, ikinövbəli müəssisədə “planetari” guşəsi də yaradılıb. Burada balacalar astronomiyanın əsaslarını öyrənə biləcəklər. Əsaslı təmir olunan binada idman zalı, mətbəx yerləşir. Həyətdə isə futbol, qolf meydançaları, uşaqların yol hərəkəti qaydalarını öyrənmələri üçün xüsusi meydança, istirahət guşələri var.

Mehriban Əliyeva buradakı şəraitin yüksək səviyyədə olduğunu bildirib. Heydər Əliyev Fondunun prezidentinə binanın ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR