Bakıda nişanlı cütlüyün ölməsi ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB - VİDEO

Bakıda nişanlı cütlüyün ölməsi ilə bağlı cinayət işi başlanıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 07 noyabr 2014 11:11 (UTC +04:00)

Bakı Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, Binəqədi rayonunda iki nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib, hazırda istintaq tədbirləri davam etdirilir.

***

saat 11.51

Bakı. Fuad Cəfərov - APA. Bakıda nişanlı cütlük bədbəxt hadisə nəticəsində ölüb.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binəqədi qəsəbəsi Ramazanov küçəsi 2 ünvanında qeydə alınıb.

Bakı şəhər sakinləri, 1992-ci il təvəllüdlü Yusifə Yusif qızı Mirzəyeva və nişanlısı, 1990-cı il təvəllüdlü Ceyhun Qədeş oğlu Ələsgərov yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR