Real (Madrid) Fondunun beynəlxalq treneri Bakıda müəllim-məşqçilər üçün təlimlər keçirəcək

Real (Madrid) Fondunun beynəlxalq treneri Bakıda müəllim-məşqçilər üçün təlimlər keçirəcək
# 04 sentyabr 2014 13:15 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Sentyabrın 5-dən 7-nə kimi Real (Madrid) Fondunun sosial futbol məktəbində Gənclər və İdman Nazirliyinin Real (Madrid) Fondu ilə birgə həyata keçirdiyi “Futbol vasitəsilə uşaqların sağlamlıqlarının qorunması və sosial həyata inteqrasiyası” adlı layihəsi çərçivəsində RMF-in beynəlxalq treneri Viktor de Arse (Viktor de Arce) yenidən Bakıya təşrif buyuraraq, müəllim-məşqçilər üçün təlimlər keçirəcək.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlimlər 17 məşqçi-müəllim üçün keçiriləcək. Təlimdə həmçinin Naxçıvan Muxtar Respublikasından və Fizuli rayonundan məşqçi-müəllimlər iştirak edəcəklər. Həmin məşqçilər ispan futbol təcrübəsini mənimsəyərək, uşaqlara gələcəkdə dərs deyəcəklər.

Gənclər və İdman Nazirliyinin və Təhsil Nazirliyinin Real (Madrid) Fondu ilə birgə layihə çərçivəsində yaratdığı Real (Madrid) Fondunun sosial futbol məktəbi artıq 1 ildən artıqdır ki, Vətən RIOEUG Futbol məktəbi nəzdində ölkəmizdə fəaliyyət göstərir.

Qeyd edək ki, layihənin tərəfdaşları Təhsil Nazirliyi və Azərbaycan Futbol Federasiyalar Assosiasiyasıdır. Baş sponsor “AzərİdmanServis”dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR