Bank Of Baku

Nepal-Çin sərhədində daşqında ölənlərin sayı 95-ə çatıb - VİDEO - YENİLƏNİB-1

Nepal-Çin sərhədində daşqında ölənlərin sayı 95-ə çatıb - VİDEO  - YENİLƏNİB-1
# 26 avqust 2026 18:25 (UTC +04:00)

Nepalda baş verən daşqında ölənlərin sayı 95 nəfərə çatıb.

Bu barədə BBC xəbər yayıb.

403 nəfərin itkin düşdüyü bildirilir, onlardan 341 nəfəri xarici vətəndaşdır.

***

16:53

Nepal-Çin sərhədində baş verən daşqında ölənlərin sayı 31 nəfərə çatıb.

BBC-nin xəbərinə görə, xilasetmə əməliyyatları nəticəsində 88 nəfər xilas edilib.

***

15:41

Nepalda baş verən daşqınlar Çinlə sərhəddə yerləşən bölgələrə təsir edib.

BBC-nin xəbərinə görə, indiyə kimi daşqınlarda azı 17 nəfər ölüb, 400-ə yaxın xəsarət alanın olduğu bildirilir.

Məlumata görə, Rasuva bölgəsində başlayan daşqına zəlzələ səbəb olub.

Nepal-Çin sərhədiin hər iki tərəfində axtarış-xilasetmə tədbirləri davam edir, indiyə qədər 12 nəfər xilas edilib.

Eyni zamanda, Nepalda daşqın nəticəsində 291 turist və 93 yerli sakin itkin düşüb.

Daşqın Çin-Nepal sərhəd-keçid məntəqəsini yuyub aparıb.

Çinin dövlət mediası və Nepal rəsmiləri insan tələfatının çox olduğunu bildirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR