Budapeştdə Macarıstan-Azərbaycan biznes forumu keçirilib

Budapeştdə Macarıstan-Azərbaycan biznes forumu keçirilib
# 11 noyabr 2014 15:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Macarıstanın paytaxtı Budapeştdə Macarıstan-Azərbaycan biznes forumu keçirilib.

APA-Economics”in məlumatına görə, forum çərçivəsində Macarıstanın “DBH Group” şirkəti ilə Azərbaycanın İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İTİDF) və “High Tech Park Azebraijan” şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Sənədlərə İTİDF-in icraçı direktoru Elçin Zeynalov, “High Tech Park Azebraijan”ın baş direktoru Seymur Ağayev və “DBH Group”un baş direktoru Şandora Erdei imza atıb.

İmzalanan sənədə əsasən, tərəflər qarşılıqlı investisiya yatırımı, Azərbaycanda start up layihələrinin və innovativ müəssisələrin inkişafına dəstək, o cümlədən yeni yaradılan Azərbaycan şirkətlərinin beynəlxalq səviyyədə inkişafını dəstəkləmək sahəsində əməkdaşlıq edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR