Rusiyalı idmançı: “Qəbələdə möhtəşəm atıcılıq mərkəzində mübarizə aparırıq”

Rusiyalı idmançı: “Qəbələdə möhtəşəm atıcılıq mərkəzində mübarizə aparırıq”
# 10 avqust 2015 09:42 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu apasport.az saytına açıqlamasında atıcılıq üzrə Rusiya millisinin üzvü Kira Mozqalova deyib.

Qəbələdə keçirilən Dünya Kubokunda 25 metr məsafədən atəş açmaqda qüvvəsini sınayan Mozqalova atıcılıq mərkəzini tərifləyib: “Möhtəşəm atıcılıq mərkəzində mübarizə aparırıq. Belə idman qurğuları heç bizdə yoxdur. Təşkilatçılıq yüksək səviyyədədir. Komandamızın bütün üzvləri Qəbələdən məmnun qalıb. Yalnız havanın isti olması bir az çətinlik yaradır. Lakin deyirlər ki, Bakı buradan çox istidir. Bunu nəzərə alsaq, hava problemi ciddi deyil. Həm də ki, biz yarışdan iki həftə əvvəl Qəbələyə gəlmişik. Burada təlim-məşq toplanışı keçdik. Artıq havaya uyğunlaşdıq”.

Rusiyalı idmançı yarışla bağlı hədəfini də açıqlayıb: “Azərbaycana yaxşı nəticə göstərməyə gəlmişəm. Bacardığım qədər Olimpiya lisenziyası üçün mübarizə aparacam. Hədəfim mükafatçılar sırasına düşməkdir. Təəssüf ki, startda o qədər də uğurlu çıxış edə bilmədim. Amma çalışacam ki, vəziyyəti düzəldim”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR