AZƏRTAC və Türkmənistan Dövlət İnformasiya Agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb - FOTOSESSİYA

AZƏRTAC və Türkmənistan Dövlət İnformasiya Agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb  - <span style="color: red;">FOTOSESSİYA
# 28 fevral 2015 18:51 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Türkmənistan Dövlət İnformasiya Agentliyi (TDX) arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

APA-nın məlumatına görə, sazişi AZƏRTAC-ın baş direktoru Aslan Aslanov və TDX-nin baş direktoru Bekdurdu Amansarıyev imzalayıblar. Sazişə əsasən, hər iki agentlik Azərbaycan və Türkmənistanın daxili və beynəlxalq həyatının aktual hadisələri haqqında müntəzəm informasiya mübadiləsi həyata keçirəcək.

Tədbirdə çıxış edən TDX-nin baş direktoru Bekdurdu Amansarıyev Azərbaycan və türkmən xalqlarını dərin tarixi köklər birləşdirdiyini, hər iki ölkənin ortaq mədəniyyətə malik olduğunu dedi. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni əlaqələrin getdikcə intensivləşdiyini bildirən baş direktor bu sənədin Azərbaycan və Türkmənistanın informasiya sahəsində əməkdaşlığına böyük töhfə olacağını vurğulayıb.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Türkmənistanın aparıcı informasiya agentliyi ilə müqavilə imzalanmasını xalqlarımızın dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə təkan verəcək əlamətdar hadisə adlandırıb. O bildirib ki, iki agentlik arasında əlaqələrin daha da möhkəmlənməsi cəmiyyətlərimizin siyasi, iqtisadi, mədəni həyatını əks etdirən məlumatların müntəzəm mübadiləsi üçün əlverişli şərait yaradacaq.

İmzalanma mərasimindən sonra Aslan Aslanov və Bekdurdu Amansarıyev arasında görüş keçirilib. Danışıqlar zamanı informasiya sahəsində müasir tendensiyalar, media sahəsində təcrübə mübadiləsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR