Bakıda iki piyada naməlum avtomobillə vurulub

Bakıda iki piyada naməlum avtomobillə vurulub
# 10 aprel 2015 09:56 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 8-də saat 16.00 radələrində paytaxtın Nizami rayonunun Ziya Bünyadov prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri Röyalə Bayramova və Günel Ağayeva vurulublar. R.Bayramovaya və G.Ağayevaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nizami Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR