SKMF Lənkəran sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayır

SKMF Lənkəran sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayır
# 15 sentyabr 2015 08:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sentyabrın 10-da Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində işgüzar forum keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması;

- müasir suvarma sistemlərinin tətbiqi ilə tərəvəzçilik, çayçılıq, intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının yaradılması;

- dekorativ süni üzlük daşların və plastik qabların istehsalı, meyvəqurutma müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR