Gürcüstanda yaşayan azərbaycanlı gənclər Macarıstanda beynəlxalq konfransda iştirak ediblər

Gürcüstanda yaşayan azərbaycanlı gənclər Macarıstanda beynəlxalq konfransda iştirak ediblər
# 14 mart 2015 00:31 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Marneulidəki Gənclər Mərkəzinin mətbuat xidmətinin rəhbəri Aynurə Əliyeva məlumat verib.

A. Əliyeva APA-ya açıqlamasında "Mərkəzi Avropada təhsil" adlı konfransda iştirak etdiklərini və Mərkəzi Avropa Universitetinin (MAU) rəhbərliyi tərəfindən Gürcüstandakı Azərbaycan dilli orta məktəb şagirdlərinin Macarıstanın ali məktəblərində təhsil almağa dəvət olunduğunu bildirib: "MAU-nun tələbələrlə iş üzrə assistenti Qabriella Emszt bizimlə görüşündə Gürcüstan və Azərbaycanı tanıdığını və azərbaycanlıların qonaqpərvər və sülhsevər bir xalq olduğunu bildirdi. Sonra bizə universitetin təhsil sisteminin necə qurulduğu və xaricdən gəlib bu təhsil ocağında oxuyan tələbələrə qayğı və diqqət barədə ətraflı məlumat verildi. Görüşdə universitet rəhbərliyi adından Gürcüstandan gələn Nilufer Qurbanovaya, Muradxan Huseynova və mənə hədiyyələr təqdim edildi".

A. Əliyeva martın 14-17-dək Çexiyaya səfər edəcəklərini və bu ölkənin paytaxtında keçiriləcək beynəlxalq konfransa qatılacaqlarını da bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR