“Milan Expo 2015” Ümumdünya sərgisi çərçivəsində Azərbaycanın biznes mühiti və imkanlarının təqdimatı keçirilib - FOTO

“Milan Expo 2015” Ümumdünya sərgisi çərçivəsində Azərbaycanın biznes mühiti və imkanlarının təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 28 avqust 2015 02:46 (UTC +04:00)

Bakı-APA. Avqustun 25-də İtaliyanın Milan şəhərində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və İtaliya-Azərbaycan Ticarət İnstitutunun (İTAZERCOM) birgə təşkilatçılığı ilə “Milan Expo 2015” Ümumdünya sərgisi çərçivəsində Azərbaycanın ölkə təqdimatı: “Azərbaycana investisiya yatırın: biznes mühiti və imkanları” mövzusunda tədbir keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, İtaliya-Azərbaycan Ticarət İnstitutunun (İTAZERCOM) rəhbəri Manuela Traldi Azərbaycanın İtaliyanın əsas xarici ticarət tərəfdaşlarından olduğunu, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində iri layihələrin reallaşdırıldığını və belə layihələrin həyata keçirilməsində İtaliya şirkətlərinin də iştirak etdiyini bildirib, iqtisadi əlaqələrin genişləndirilməsində sərgilərin, işgüzar görüşlərin və s. tədbirlərin əhəmiyyətini qeyd edib. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış etmişdir. Rüfət Məmmədov iştirakçılara Azərbaycan iqtisadiyyatı, ölkəmizin İtaliya ilə ticarət-iqtisadi əlaqələrinə dair məlumat verib. Qeyd edilib ki, ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişafa nail olunub, əlverişli biznes və investisiya mühiti yaradılıb. Azərbaycanın dayanıqlı iqtisadi inkişafı və artan maliyyə imkanları ölkəmizi xarici investora çevirib.

Tədbirdə Azərbaycan İnvestisiya Şirkətinin və Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinə, həmçinin Balaxanı Sənaye Parkına dair təqdimatlar keçirilib.

Tədbir iştirakçıları “Milan Expo 2015” Ümumdünya sərgisində Azərbaycan pavilyonu ilə tanış olublar.

Qeyd edək ki, “Milan Expo 2015” Ümumdünya sərgisində Azərbaycan pavilyonunun yaradılması layihəsi Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir. Sərgi oktyabrın 31-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR