Paşha Bank
Bank Of Baku

Əraqçi: Məqsədimiz xarici müdaxilədən kənar regional təhlükəsizlik mexanizminin yaradılmasıdır

İran XİN rəhbəri Abbas Əraqçi

© APA | İran XİN rəhbəri Abbas Əraqçi

# 03 noyabr 2026 13:34 (UTC +04:00)

İranın məqsədi regionda yeni təhlükəsizlik mexanizmlərinin yaradılmasıdır.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində Qətərin “Əl-Cəzirə” telekanalına verdiyi müsahibəni şərh edərkən deyib.

O bildirib ki, müsahibəsində İranın Fars körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrlə heç bir düşmənçiliyinin olmadığını vurğulayıb.

“Qətər və Omanın müsbət rolunu yüksək qiymətləndiririk və Səudiyyə Ərəbistanı ilə dialoqumuzu davam etdiririk”,-XİN rəhbəri bildirib.

Əraqçi əlavə edib ki, İranın məqsədi region ölkələrinin özləri tərəfindən, xarici hərbi qüvvələrin iştirakı olmadan yeni regional təhlükəsizlik mexanizmlərinin yaradılmasına nail olmaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR