Nepalın Everest dağı yaxınlığındakı Pheriche kəndində iki turist helikopteri eniş zamanı toqquşub.
Nepalın “The Tourism Times” nəşrinin məlumatına görə, “Fishtail Air” və “Air Dynasty” şirkətlərinə məxsus helikopterlər eniş zamanı əsas rotorlarının pərləri ilə bir-birinə toxunaraq qəzaya uğrayıblar.
Nepalın Mülki Aviasiya İdarəsinin məlumatına görə, hadisə nəticəsində Hindistan vətəndaşı ölüb. Yeni Zelandiya vətəndaşı və pilot yaralanıblar. Yaralılar tibbi yardım üçün Katmandudakı xəstəxanaya aparılıblar.
Məlumata əsasən, helikopterlərdən biri Everest bölgəsində xilasetmə əməliyyatı çərçivəsində təxliyə edilən şəxsləri daşıyırmış, digər helikopter isə yük aparırmış.
Hadisənin səbəbləri araşdırılır.