Bakıda polis tapdığı 16 yaşlı qızın valideynlərini axtarır - FOTO - VİDEO

Bakıda polis tapdığı 16 yaşlı qızın valideynlərini axtarır - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 09 aprel 2015 07:19 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda itkin düşmüş qız tapılıb.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi Tuncay Abbasovun APA-ya verdiyi məlumata görə, ötən gün rayonun Hövsan qəsəbəsi ərazisində təxminən 16 yaşlarında olan qızın tapıldığı barədə məlumat daxil olub.

Tapılan şəxs əqli cəhətdən qüsurlu olduğundan özü barədə düzgün məlumat verə bilmir. Yeniyetməni tanıyanlardan 30-cu Polis Bölməsinin növbətçi hissəsinin 457-57-02 və 457-57-91 saylı telefon nömrələrinə zəng etmələri xahiş edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR