“DekaBank” I rübü zərərlə başa vurub

“DekaBank” I rübü zərərlə başa vurub
# 25 may 2015 13:50 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DekaBank”in aktivlərinin həcmi 2015-ci ilin I rübündə 90,127 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 49,28% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 53,75% artaraq 82,224 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 6,636 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 49,3% azdır.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 4,8% artaraq 3,878 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 0,81% azalaraq 6,122 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 5,758 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 2,3% azdır.

Bir il ərzində bankın məcmu kapitalı 2,16 dəfə artaraq 50,775 mln. manata çatdığı halda, nizamnamə kapitalı 2,2 dəfə artaraq 52 mln. 767 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 17,74% azalaraq 2,280 mln. manat, xərcləri isə təxminən 30,3% artaraq 5,330 mln. manata çatıb.

Cari ilin ilk üç ayını bank 3 mln. 050,69 min manatlıq zərərlə başa vurub.

Hazırda bankın ölkə üzrə 7 filialı, 3 bankomatı, 8 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR