Şəkidə 62 yaşlı kişidən marixuana götürülüb

Şəkidə 62 yaşlı kişidən marixuana götürülüb
# 22 avqust 2015 20:26 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə bir-neçə dəfə məhkumluq həyatı yaşayan şəxsdən narkotik vasitə götürülüb.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki ŞRPŞ-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa cəlb edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.

Keçirilmiş tədbir nəticəsində rayonun Çayqaraqoyunlu kənd sakini, 1953-cü il təvəllüdlü Vaqif Bahadır oğlu Musayev şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə 62 yaşlı Vaqif Musayevdən narkotik vasitə hesab olunan qurudulmuş marixuana götürülüb.

Məlumatda bildirilir ki, Vaqif Musayev əvvəllər bir-neçə dəfə CM-nin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR