Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb - VİDEO

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb - <span style="color: red;">VİDEO
# 01 noyabr 2015 09:34 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Noyabrın 2-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 9-13 dərəcə, Bakıda gecə 7-9, gündüz 10-12 isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 2-də arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-10, gündüz 10-14, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR