Azərbaycan hərbçisi yol qəzasında yaralanıb

Azərbaycan hərbçisi yol qəzasında yaralanıb
# 15 aprel 2013 07:48 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Qazax yolunda qeydə alınıb. “VAZ-2107” markalı avtomobil “MAZ” markalı maşınla toqquşub. Nəticədə “VAZ-2107”də olan sərnişin Tağıyev Məhəmməd Aydın oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, M. Tağıyev Gəncədə yerləşən “N” saylı hərbi hissənin müddətdən artıq xidmət edən hərbi qulluqçusudur. O, Bakıya məzuniyyətə gəlirmiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR