Salyanda azyaşlı uşaq yanaraq ölüb

Salyanda azyaşlı uşaq yanaraq ölüb
# 07 noyabr 2015 09:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Salyan rayonunda azyaşlı uşaq yanaraq ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə noyabrın 5-də Salyan rayonunun Qaradağlı kəndində qeydə alınıb. Kənd sakini azyaşlı Fariz Əbilov termiki yanıq xəsarəti ilə xəstəxanaya gətirilib və noyabrın 6-da orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR