"Azəryolservis": İnşaatçılar prospektində yaranan tıxacın qarşısını almaq üçün müvafiq tədbirlər görüləcək - FOTO - VİDEO

"Azəryolservis": İnşaatçılar prospektində yaranan tıxacın qarşısını almaq üçün müvafiq tədbirlər görüləcək - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 15 aprel 2015 13:54 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. İnşaatçılar prospektində yerləşən dairəyə (Dövlət Statistika Komitəsinin qarşısı) daxil olan nəqliyyat vasitələri nişanlanma xəttinin tələbini pozur ki, bu da ərazidə sıxlığın yaranmasına səbəb olur.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumatda belə deyilir.

Məlumata görə, Naxçıvani küçəsindən hərəkət edən nəqliyyat vasitələri İnşaatçılar prospektindən gələn nəqliyyat vasitələrinə yol vermək əvəzinə birbaşa dairəyə daxil olduğu üçün ərazidə tıxac yaşanır.

Yaranmış vəziyyəti aradan qaldırmaq üçün Nəqliyyat Nazirliyi "Azəryolservis" yaxın günlərdə həmin ərazidə müvafiq tədbirlər görməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR