İSB iki sığorta hadisəsinə görə ümumilikdə 16 000 manat məbləğində kompensasiya ödənişi edib

İSB iki sığorta hadisəsinə görə ümumilikdə 16 000 manat məbləğində kompensasiya ödənişi edib
# 31 iyul 2014 14:45 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. İcbari Sığorta Bürosu (İSB) iki sığorta hadisəsinə görə ümumilikdə 16 000 manat məbləğində kompensasiya ödənişi edib. Bu barədə “APA-Economics”ə İSB-dən məlumat verilib.

Birinci yol-nəqliyyat hadisəsi 2012-ci ilin may ayının 20-də Şəmkir-Gəncə yolunun 20-ci km-də baş verib. Yol-nəqliyyat hadisəsində ailə üzvlərinin vəfatı ilə əlaqədar Azərbaycan vətəndaşlarına müvafiq olaraq 10 000 və 5000 manat məbləğində kompensasiya ödənişləri verilib.

2012-ci ilin noyabr ayının 21-də Bakı şəhəri, Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinə görə az ağır dərəcəli bədən xəsarətləri alması ilə əlaqədar Azərbaycan vətəndaşına 1100 manat məbləğində kompensasiya ödənişi verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR