Bank Of Baku

"Fars": Qətər nümayəndə heyətinin təyyarəsi Tehrana çatdıqdan iki saat keçməmiş geri qayıdıb

"Fars": Qətər nümayəndə heyətinin təyyarəsi Tehrana çatdıqdan iki saat keçməmiş geri qayıdıb
# 12 noyabr 2026 15:59 (UTC +04:00)

Qətər nümayəndə heyətini daşıyan təyyarə Tehrana eniş etdikdən iki saat keçməmiş Dohaya yola düşüb.

APA-nın Tehran bürosunun “Fars”a istinadən verdiyi məlumata görə, A7-MHH uçuş nömrəli təyyarə Tehrana eniş etdikdən iki saat keçməmiş şəhəri tərk edərək Qətərə yola düşüb.

Agentlik iki gün əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayinin Livanın “Əl-Məyadin” telekanalına verdiyi müsahibəyə də istinad edib. Rezayi həmin müsahibəsində ABŞ-ın İranla danışıqların davam etməsi və Qətərdə görüş keçirilməsi ilə bağlı bütün iddialarını “tamamilə yalan və böhtan” adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR