Paşha Bank
Bank Of Baku

Sloveniyanın Baş naziri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu yüksək qiymətləndirib

Sloveniyanın Baş naziri Yanez Yanşa

© APA | Sloveniyanın Baş naziri Yanez Yanşa

# 12 noyabr 2026 14:29 (UTC +04:00)

"Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirirəm."

APA-nın Dublinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Sloveniyanın Baş naziri Yanez Yanşa Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

“25 il əvvəl Cənub axını (South Stream) layihəsinin uzadılması uğrunda apardığımız mübarizəni xatırlayıram. Məqsəd Avropanın enerji təchizatı baxımından yalnız bir mənbədən, xüsusilə də Rusiyadan asılı vəziyyətdə qalmamasını təmin etmək idi. Təəssüf ki, apardığımız mübarizə uğurla nəticələnmədi. Əgər həmin layihə həyata keçirilsəydi, bu gün bütün Avropa tamamilə fərqli vəziyyətdə olardı. Buna görə də Xəzər hövzəsinin enerji potensialı Avropanın enerji təhlükəsizliyi baxımından çox böyük əhəmiyyət daşıyır. Azərbaycan təkcə təhlükəsizlik məsələləri baxımından deyil, həmçinin ilk növbədə Xəzər hövzəsinin zəngin enerji ehtiyatlarına görə əhəmiyyətlidir. Bütün bu enerji mənbələrinin Avropanın strateji muxtariyyətinə töhfə verməsi ümumi marağımıza uyğundur”, - deyə o, qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR