Paşha Bank
Bank Of Baku

Putin Kremldə Trampın xüsusi elçiləri Uitkoff və Kuşneri qəbul edib

Putin Kremldə Trampın xüsusi elçiləri Uitkoff və Kuşneri qəbul edib
# 12 noyabr 2026 16:14 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşneri qəbul edib.

APA-nın Moskva bürosu xəbər verir ki, görüş Kremldə keçirilir.

Putin Uitkoff və Kuşnerdən Rusiya ilə Ukrayna arasında təmasların təşkilinə görə Trampa minnətdarlığını çatdırmalarını xahiş edib.

O, Ukraynadakı humanitar səylərin uğurunu qeyd edib.

Rusiya Prezidenti Uitkoff və Kuşnerdən Aleşki ilə bağlı humanitar məsələnin həllində iştirakına görə ABŞ-ın birinci xanımı Melaniya Trampa minnətdarlığını çatdırmağı da xahiş edib.

Qeyd edək ki, Uitkoff və Kuşner 10-11 noyabr tarixlərində Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında keçirilmiş üçtərəfli danışıqların nəticələrini müzakirə etmək üçün bu gün Rusiyaya səfər ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR