Paşha Bank
Bank Of Baku

Zelenski: ABŞ müharibənin başa çatması üçün Ukraynanın Donbasdan çıxmalı olduğunu düşünür, bu, qəbuledilməzdir

​​​​​​​Ukrayna Prezidenti Volodimir Zelenski

© APA | ​​​​​​​Ukrayna Prezidenti Volodimir Zelenski

# 12 noyabr 2026 16:14 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın müharibənin dayandırılması üçün Ukraynanın Donbasdan geri çəkilməsi ilə bağlı mövqeyini qəbuledilməz adlandırıb.

APA xəbər verir ki, Zelenski bu barədə Avropa Siyasi Birliyinin sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ABŞ müharibənin başa çatdırılması üçün Ukraynanın Donbas ərazisindən çıxmalı olduğunu düşünür.

“Onlar hesab edirlər ki, müharibəni dayandırmaq üçün biz öz ərazimizi tərk etməliyik. Bu, mümkün deyil. Söhbət ölkəmizin müstəqilliyindən gedəndə bizimlə bu cür danışmaq olmaz”, – Zelenski bildirib.

O qeyd edib ki, ABŞ tərəfi ərazi məsələsinin həlli ilə bağlı müxtəlif variantlar və dəyişikliklər təklif etməyə çalışır. Lakin belə məsələlər dövlət başçılarının iştirakı ilə müzakirə olunmalı və həll edilməlidir.

Zelenski, həmçinin, ABŞ-ın Rusiyaya təzyiq göstərməsinin müharibənin başa çatdırılması prosesində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR