Şəki sakinini ilan sancıb

 Şəki sakinini ilan sancıb
# 18 iyul 2014 06:51 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Baltalı kəndində baş verib.

1989-cu il təvəllüdlü Yavər Hüseyn oğlu Rəhimov yaşadığı evin həyətyanı sahəsində ot biçən zaman onu ilan sancıb. Y. Rəhimov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

Şəki RMX-dan APA-ya verilən məlumata görə, ilan Y. Rəhimovu sol ayağının baş barmağından sancıb.

Ona lazımi tibbi yardım göstərildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti orta-ağır hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR