Dövlət Departamenti: ABŞ, Rusiya və İsrail Suriya üzrə üçtərəfli məsləhətləşmələr aparmır

Dövlət Departamenti: ABŞ, Rusiya və İsrail Suriya üzrə üçtərəfli məsləhətləşmələr aparmır
# 21 sentyabr 2015 22:34 (UTC +04:00)

Bakı-APA. ABŞ, Rusiya və İsrail Suriya üzrə üçtərəfli məsləhətləşmələr aparmır.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.

Sentyabrın 21-də Moskvada Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahunun görüşünü şərh edən C.Kirbi deyib: “Mən bunu üçtərəfli danışıqlar kimi səciyyələndirməzdim”.

C.Kirbi Rusiya-İsrail danışıqlarına hər hansı şərh verməkdən imtina edib. Həmçinin, Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Rusiyanın kəşfiyyat məqsədi ilə Suriyada pilotsuz uçan aparatlardan (PUA) istifadə etdiyini təsdiq etməyə hazır olmadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR