Bank Of Baku

Azərbaycan əsilli rusiyalı milyarder kosmik dövlət yaradıb

Azərbaycan əsilli rusiyalı milyarder kosmik dövlət yaradıb
# 28 iyun 2018 11:50 (UTC +04:00)

Azərbaycan əsilli rusiyalı milyarder İqor Aşurbəyli kosmik dövlət yaradıb.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, S-300, S-400 zenit raket komplekslərinin istehsalı ilə məşğul olan "Almaz-Antey" konstruktor bürosunun sabiq rəhbəri İqor Aşurbəyli "Asqardiya" adında kosmik dövlət qurub.

 

"Newsweek" jurnalı yazır ki, yeni kosmik dövlətin ilk lideri həmyerlimiz İqor Aşurbəyli özü olub. Yeni dövlətin rəsmi olaraq yaradılmasını İ. Aşurbəyli bu həftənin bazar ertəsi günü Avstriyanın paytaxtı Vyanada keçirilən təntənəli mərasimdə elan edib: "Biz millətlərin bütün qollarını yaratdıq. Bəyan edə bilərik ki, Asqardiya doğulub".

 

Asqardiyanın Yer kürəsində heç bir ərazisi olmamasına baxmayaraq, artıq bu dövlətin 200 min vətəndaşı var. Onlar bu ölkəyə internet üzərindən yazılıblar. Asqardiyanın Ayda məskunlaşma kimi iddialı planları da var.

 

Asqardiya dövlət kimi fəaliyyət göstərmək üçün zəruri olan hər şeyə malikdir: Konstitusiya, bayraq, himn və nümayəndələrin seçilməsi. Dövlət öz iqtisadiyyatının formalaşması üçün yeni kriptovalyuta olan SOLAR-dan istifadə edir.

 

Asqardiyanın Yer kürəsi ilə əlaqəsinə gəldikdə isə, İ. Aşurbəylinin sözlərinə görə, onların planlarında ölkənin sərbəst olması əsas yer alır: "Asqardiya Yer kürəsindəki sistemlərdən asılı olmayan infrastrukturlar işləyib hazırlayır. Asqardiyalıların pasportları inteqrasiya olunmuş portativ cihazları, kredit kartları və ənənəvi smartfonları olacaq".

 

Kosmik dövlətin başçısı Asqardiya ilə bağlı gələcək planlarından da danışıb. Bu planlara qlobal internetin təqdimatı və asqardian texnologiyasına giriş, eləcə də Yer kürəsinin asteroidlərdən müdafiəsi üçün donanmanın yaradılması daxildir.

 

İ. Aşurbəyli Asqardiyanı nəyinki ölkə kimi, həm də bəşəriyyətin inkişafı yolunda növbəti addım kimi görür: "Kosmik məkan sonsuzdur və kosmik tədqiqatlar homo sapiensə ölməz olmaq imkanı verəcək".

 

Qeyd edək ki, məşhur Aşurbəylilər nəslinin davamçısı İqor Aşurbəyli 1963-cü ildə Bakıda doğulub. Orta və ali təhsilini Bakıda alıb. 1985-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirib. Görkəmli alim Rafiq Əliyevin aspirantı olub. 1990-cı ildə Rusiyaya gedib. 2011-ci ilədək İqor Aşurbəyli on il "Almaz-Antey" baş konstruktor bürosu sisteminə rəhbərlik edib. Onun direktoru olduğu "Almaz" korporasiyası S-300 və S-400 zenit-raket komplekslərinin istehsalı ilə məşhurlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR