Avstraliya və Malayziya martda yoxa çıxmış “Boeing” təyyarəsinin axtarışlarını bərpa edəcəklər

Avstraliya və Malayziya martda yoxa çıxmış “Boeing” təyyarəsinin axtarışlarını bərpa edəcəklər
# 02 oktyabr 2014 04:36 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, əvvəl axtarışlara Malayziya hökuməti tərəfindən icarəyə götürülən neft və qaz yataqlarının kəşfiyyatında istifadə edilən "GO Phoenix" gəmisi başlayacaq. Sonra isə əməliyyata Avstraliya hökuməti ilə müvafiq müqavilə bağlayan Niderland şirkətinin "Fugro Equator" və "Fugro Discovery" gəmiləri qoşulacaq.

Axtarışların oktyabrın 5-də başlanması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR