Nikola Sarkozinin rəhbərlik etdiyi partiya yerli özünüidarətmə orqanlarına seçkilərdə qələbə qazanıb

Nikola Sarkozinin rəhbərlik etdiyi partiya yerli özünüidarətmə orqanlarına seçkilərdə qələbə qazanıb
# 30 mart 2015 10:08 (UTC +04:00)

Bakı – APA. Fransanın sabiq prezidenti Nikola Sarkozinin rəhbərlik etdiyi “Xalq hərəkatı uğrunda ittifaq” yerli özünüidarətmə orqanlarına seçkilərdə qalib gəlib.

APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, Sarkozinin rəhbərlik etdiyi siyasi qüvvə 101 departamentdən 66 departamentdə qələbə qazanıb.

Hazırkı prezident Fransua Ollandın lideri olduğu partiya isə yalnız 34 departamentdə uğurlu nəticə əldə edib.

Qeyd edək ki, yerli özünüidarətmə orqanlarına seçkilərin nəticələri 2017-ci ildə baş tutacaq prezident seçkilərinə təsir edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR