İŞİD silahlıları Suriyanın Palmira şəhərini ələ keçirdikdən sonra 17 nəfəri edam edib

İŞİD silahlıları Suriyanın Palmira şəhərini ələ keçirdikdən sonra 17 nəfəri edam edib
# 21 may 2015 22:53 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya insan haqlarının monitorinqi mərkəzinin məlumatında bildirilir.

Məlumata görə, edam edilən dinc sakinlərdən 4-nün başı kəsilib. Öldürülən şəxslərin yerli icra orqanların əməkdaşları olduğu bildirilir. Silahlılar onları rejimlə əməkdaşlıq etməkdə günahlandırıb.

Hüquq müdafiəçilərinin sözlərinə görə, silahlılar şəhərin sakinlərinə evlərini tərk etməməyə əmr edərək evlərdə axtarış aparıb. Axtarışların məqsədi digər hökumət tərəfdarlarının aşkarlanmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR