Dövlət Sərhəd Xidməti Akademiya Kompleksinin binasında baş vermiş yanğınla bağlı məlumat yayıb

Dövlət Sərhəd Xidməti Akademiya Kompleksinin binasında baş vermiş yanğınla bağlı məlumat yayıb
# 15 iyul 2014 16:05 (UTC +04:00)

DSX-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün saat 17:00 radələrində DSX Akademiya Kompleksinin binasında baş vermiş alışma nəticəsində binanın üzlüyündə təqribən 18-20 kvadrat metr sahəsində yanğın baş verib. Akademiya kompleksinin yanğınsöndürmə sisteminin vaxtında işə düşməsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları hadisə yerinə gələrək yanğının mənbələrinin tam ləğv edilməsini və təhlükəsizlik qaydalarına riayət olunmasını yoxlayıblar.

Hazırda yanğının fəsadlarının aradan qaldırılması məqsədi ilə təmir işlərinə başlanılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR