Gəncədə fərdi ev yanıb

Gəncədə fərdi ev yanıb
# 03 noyabr 2015 21:29 (UTC +04:00)

Bakı-APA. Gəncədə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhəri, Cavadxan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 143 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının tavanı 25 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR