Paşha Bank
Bank Of Baku

Güclü yağışlar Banqkokda subasmaya yol açıb, 4 900 nəfər təxliyə edilib

Güclü yağışlar Banqkokda subasmaya yol açıb, 4 900 nəfər təxliyə edilib
# 27 sentyabr 2026 10:51 (UTC +04:00)

Taylandın paytaxtında günlərdir davam edən güclü yağışların evləri və yolları su basmasına səbəb olmasından sonra bu səhər Banqkokun minlərlə sakini sığınacaqlarda gecələməli olub.

APA xəbər verir ki, bu barədə Banqkok Şəhər Administrasiyası məlumat yayıb.

Təxminən 4 900 nəfər sığınacaqlara təxliyə edilib, daşqınlardan isə 52 minə yaxın təsərrüfat zərər çəkib. Daşqınlar paytaxt ərazisində fövqəladə vəziyyətin elan edilməsinə səbəb olub.

Meteorologiya qurumunun məlumatına görə, cümə axşamından bu günə qədər şəhərin bəzi ərazilərində 330 millimetrdən (13 düym) çox yağıntı düşüb.

Banqkok və ətraf əyalətlərdə bazar günü ərzində daha çox yağış yağacağı proqnozlaşdırılır. Yağışların intensivliyi bazar ertəsindən etibarən azalmağa başlayacaq.

Banqkok qubernatoru Çadçart Sittipunt bir neçə yolun hələ də su altında qaldığını bildirib. O, “Facebook”-da canlı yayım zamanı paytaxt sakinlərini zəruri olmadığı təqdirdə səfərlərdən çəkinməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR