Yaponiyada 5 bal gücündə zəlzələ baş verib

Yaponiyada 5 bal gücündə zəlzələ baş verib
# 12 iyun 2016 08:55 (UTC +04:00)

Bakı-APA. İyunun 12-də səhər saatlarında Yaponiyada 5 bal gücündə zəlzələ baş verib.

APA-nın AzərTAC-a istinadən verdiyi məlumata görə, Yaponiya Milli Meteorologiya İdarəsinin yaydığı məlumata əsasən, zəlzələnin episentri Tokionun qonşuluğunda yerləşən İbaraki prefekturasında, ocağı 40 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir, sunami təhlükəsi elan olunmayıb. Zəlzələ zamanı bir neçə qısamüddətli kəskin təkanlar hiss olunub ki, bu da onun episentrinin quruda yerləşdiyini deməyə əsas verir.

Yeraltı təkanlar mərkəzi Hönsü adasının Çiba, İbaraki və paytaxt regionu da daxil olmaqla 14 prefekturasında hiss olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR