ABŞ hökuməti amerikalı jurnalistlərin oğurlanması və ölümündə əli olan şəxslər barədə informasiya üçün mükafat vəd edib

ABŞ hökuməti amerikalı jurnalistlərin oğurlanması və ölümündə əli olan şəxslər barədə informasiya üçün mükafat vəd edib
# 20 sentyabr 2014 11:47 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. ABŞ hökuməti amerikalı jurnalistlər Ceyms Fouli və Stiven Sotloffun oğurlanması və ölümündə əli olan şəxslər barədə informasiya üçün 10 milyon dollar dəyərində mükafat elan edib.

APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Konqresinin təsdiq etdiyi müvafiq qanun layihəsində deyilir.

Xatırladaq ki, avqustun 20-də internetdə amerikalı jurnalist Ceyms Foulinin edam səhnəsi olan videoyazı yayılıb. Bundan sonra “İslam dövləti” (İŞİD) qruplaşması ABŞ-dan hava hücumlarını dayandırmasını tələb etsə də, rəsmi Vaşinqton terrorçularla danışıqlara getməkdən imtina edib. Sentyabrın 2-də isə ikinci amerikalı jurnalist Stiven Sotloffun edam videosu yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR