Kiyevdə “Ukrayna dəmir yolları” ASC-nin departament rəhbəri oğurlanıb

Kiyevdə “Ukrayna dəmir yolları” ASC-nin departament rəhbəri oğurlanıb
# 19 iyul 2016 02:39 (UTC +04:00)

Bakı-APA. Kiyevdə “Ukrayna dəmir yolları” ASC-nin elektrik təchizatı departamentinin rəhbəri Valeri Lyudmirski oğurlanıb.

APA-nın UNN-ə istinadən verdiyi xəbərə görə, məmur itini küçədə gəzdirərkən hücuma məruz qalıb.

Naməlum şəxslər iti güllələyərək V. Lyudmirskini özləri ilə aparıblar. Hadisə yerində 5 giliz aşkarlanıb. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR