İranla “altılıq” ölkələri arasında növbəti nüvə danışıqları Nyu-Yorkda keçiriləcək

İranla “altılıq” ölkələri arasında növbəti nüvə danışıqları Nyu-Yorkda keçiriləcək
# 04 sentyabr 2014 00:26 (UTC +04:00)

Bakı – APA. İranla “altılıq” ölkələri arasında növbəti nüvə danışıqları sentyabrın 18-də, Nyu-Yorkda keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə “Wall Street Journal” qəzeti yazıb.

Danışıqlar BMT Baş Assambleyasının sessiyası ərəfəsində baş tutacaq. Qeyd edək ki, son altı ay ərzində İranla “altılıq” ölkələri (ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya, Almaniya) arasında nüvə danışıqları Vyanada keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR