Sergey Yuran: “Qazaxıstandan fərqli, Azərbaycanda maaşla bağlı problemim olmayıb”

Sergey Yuran: “Qazaxıstandan fərqli, Azərbaycanda maaşla bağlı problemim olmayıb”
# 16 aprel 2013 06:38 (UTC +04:00)

Bakı – APA. “Qazaxıstandan fərqli, Azərbaycanda maaşla bağlı problemim olmayıb. Orta Asiya ölkəsində həmişə pulla bağlı problemlər vardı. Ancaq Azərbaycanda hər şey vaxtında, dəqiq idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Simurq” futbol klubunun sabiq baş məşqçisi Sergey Yuran deyib.

Hazırda işsiz olan rusiyalı mütəxəssis vətənindən kənarda çalışdığı 2 ölkəni – Azərbaycan və Qazaxıstanı müqayisə edib.

“Arsenal”ın futbolçusu Andrey Arşavinin ölkəmizə gəlişinin mümkünlüyünü bildirən Yuran bunu Azərbaycan futbolunda maddi durumun yüksək olması ilə əlaqələndirib. Üstəlik, o, Rusiya yığmasının sabiq kapitanına Azərbaycan çempionatına yuxarıdan aşağı baxmamağı tövsiyə edir: “Artıq Andrey Rusiya üçün qəhrəman deyil. Orada bütün ölkə səs-küy qaldıracaq ki, Arşavin gəlib! Əminəm ki, Andrey yenidən sevgi və hörmət istəyir. Ancaq bunu öz oyununla qazanmaq lazımdır, yalnız model kimi gəlməklə yox. Azərbaycanda çempionat elə-belə deyil. Orada heç kimə bir ayaqla oynamağa imkan verməzlər”.

Qeyd edək ki, bir müddət öncə Rusiyanın I divizion təmsilçisi “Sinir”dən ayrılan Yuran Qazaxıstanda “Astana” klubunu çalışdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR