Tikinti şirkətindən külli miqdarda pul oğurlayan qrupun daha bir üzvü saxlanılıb

Tikinti şirkətindən külli miqdarda pul oğurlayan qrupun daha bir üzvü saxlanılıb
# 18 sentyabr 2015 08:39 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 28-də “Qara çay” tikinti şirkətinin gözətçi otağına maskalanaraq daxil olaraq, orada gözətçi işləyən 1948-ci il təvəllüdlü Zina Bəşirovanı bıçaqla hədələyib əl qolunu bağlayıb, içərisində 60 min ABŞ dolları və şirkətə məxsus sənədlər olan seyfi quldurluq yolu ilə talamaqda şübhəli bilinən qrupun daha bir üzvü- Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Nicat Nurbala oğlu Xəlilov tutulub.


Qeyd edək ki, qrupun digər üzvləri – Azad Həziyev və Aqşin Mustafayev də bir nüçə gün əvvəl saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR