Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Saudi Aramco” şirkətinin obyektlərinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiklərini bildiriblər.
“Al Masirah” telekanalının məlumatına görə, bunu husilərin hərbi nümayəndəsi Yəhya Səri bildirib.
“Yəmən Silahlı Qüvvələri bir sıra ballistik raket və pilotsuz uçuş aparatından istifadə etməklə hərbi əməliyyat keçirib. Əməliyyatın hədəfi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən ‘Aramco’ şirkəti olub”, – o deyib.
Yəhya Sərinin iddiasına görə, əməliyyat məqsədinə çatıb, zərbələr nəticəsində hədəf alınan obyektlərdə yanğınlar baş verib.