Bank Of Baku

Rütte: Ukraynanın “Starshield” sisteminə tam çıxışını bərpa etməyə çalışırıq

NATO-nun baş katibi Mark Rütte

© APA | NATO-nun baş katibi Mark Rütte

# 17 noyabr 2026 22:56 (UTC +04:00)

NATO-nun baş katibi Mark Rütte Ukraynanın “Starshield” sisteminə tam çıxışının bərpası istiqamətində iş aparıldığını bildirib.

APA xəbər verir ki, o, bu barədə alyansın mənzil-qərargahında Ukraynaya silah tədarükü üzrə təmas qrupunun iclasından əvvəl jurnalistlərə açıqlamasında danışıb.

Rüttenin sözlərinə görə, aidiyyəti tərəflər Ukraynanın sistemə çıxışının mümkün qədər tez bərpa olunması üçün bütün imkanlardan istifadə edirlər.

“Ukraynanın ‘Starshield’ sisteminə çıxışının mümkün qədər tez bərpa edilməsi üçün əlimizdən gələni edirik”, – NATO rəhbəri bildirib.

Bununla belə, Rütte məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağını açıqlamayıb.

O, Ukraynanın sistemə çıxışının məhdudlaşdırılmasına kimin görə məsuliyyət daşıdığı barədə suala da cavab verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR