Bank Of Baku

Mark Rutte: Krım körpüsünə hücumun uğurlu olduğu görünür

NATO-nun baş katibi Mark Rutte

© APA | NATO-nun baş katibi Mark Rutte

# 17 noyabr 2026 19:50 (UTC +04:00)

NATO-nun baş katibi Mark Rutte Ukraynanın Krım körpüsünə hücumunu şərh edib.

APA xəbər verir ki, Rutte bunu Brüsseldə Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

“Ukraynanın özünü müdafiə etməsinin vacib olduğunu düşünürəm. Bu həmçinin logistika qovşaqlarına zərbələr endirilməsi deməkdir. Buna görə də, əlbəttə, nə baş verdiyini anlamalıyıq. Amma ən azı mediada yayılan kadrlara əsasən, görünür ki, onlar uğur əldə ediblər”, – Rutte bildirib.

NATO rəhbəri Krım körpüsünə hücumla bağlı mediada yayılan görüntüləri gördüyünü qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR